Modern.az

Şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO

Şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO

Aktual

29 Yanvar 2024, 11:00

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Gəncə şəhərində yaşayan Kəlbəcərli Şəhid ailələri və qazilər görüş keçirilib.

 

Görüşdə YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Millət vəkili Aqil Məmmədov,  şəhid ailələri və qazilər iştirak ediblər.

 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.

 

Görüşdə şəhid ailələri və qazilər qarşısında çıxış edən natiqlər Tarixi  Zəfərmizdə Ulu Öndər Heydər Əliyevin siyasətinin təntənəsindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətindən, şucaətindən, şəhidlərimizin və qazilərmizin şərəfli döyüş yolundan, onların  qəhrəmanlığından söhbətlər açıblar. Natiqlər 7 fevral növbədənkənar prezident seçkilərində hər kəsi alternativi olmayan liderə, cənab İlham Əliyevə səs verməyə çağırıblar.

 

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandana öz minnətdarlıqlarını bildiriblər. Əminliklə ifadə ediblər ki, onların tək namizədi "Qalib ölkənin Qalib Lideri" İlham Əliyev cənablarıdır!

 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.             

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi