Modern.az

Nazir Danimarka Krallığının Azərbaycandakı səfiri ilə görüşdü

Nazir Danimarka Krallığının Azərbaycandakı səfiri ilə görüşdü

29 Yanvar 2024, 14:04

Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri  Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii  sərvətlər naziri  Muxtar Babayevlə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi