Modern.az

İlham Əliyevin təhsil siyasəti

İlham Əliyevin təhsil siyasəti

Aktual

29 Yanvar 2024, 15:32

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin  və dövlətin marağında olan  təsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verir. Təhsilin inkişafı naminə ciddi problemlərin həllinə yönələn tədbirlər həyata keçirir. Bunun səbəbini Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyində dediyi aşağıdakı sözlərlə belə əsaslandırır: “Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı”. Təhsil xərclərinin birinci yerdə olması isə onun nə qədər böyük əhəmiyyətə malik olduğunun göstəricisidir. Elə həmin məclisdə möhtərəm prezidentimiz belə bir fikir də söylədi: “Azərbaycanda təhsil siteminin təkmilləşdirilməsinə  cox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyinizdir!”

 

Ölkəmizdə milli müstəqillik  əldə edildikdən sonra təhsilin inkişafı prioritet sahələrdən birinə çevrildi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təhsil sistemində yeni bir era başladı. 30 mart 1998 –ci il tarixli sərəncamı ilə təhsil sahəsində beynəlxalq standartlara uyğun islahatların keçirilməsinə start verildi. Elmi-pedaqoji  əsaslara və müsir dünya təcrübəsinə istinad edən bu proqramların hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Heydər Əliyevin “Azərbaycan Respublikasında Təhsil sisteminin Təkmilləşdirilməsi haqqında” 13 iyul 2000-ci il tarixli fərmanı Azərbaycanda təhsilin inkişafında və  təkmilləşməsində yeni bir mərhələnin başlanğıcı oldu.

 

Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin uzaqgörən siyasətini davam və inkişaf etdirmək üçün təhsili  cəmiyyətin inkişaf etdirilməsində aktual bir sahə kimi daim diqqətdə saxlayır. Möhtərəm Prezident dərindən dərk edir ki, təhsil siyasəti elmi-texniki tərəqqini də şərtləndirir. Hər bir ölkənin gələcəyi onun bu günkü təhsilinin səviyyəsi ilə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi də bunu göstərir. Cənab İlham Əliyev deyir: “Təhsil sahəsində bu günə qədər apardığımız islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir”.

 

 Məlumdur ki, təhsilin səviyyəsi müəllimlik peşəsinin səviyyəsi ilə sıx bağlıdır. Müəllim həmişə cəmiyyətin hörmət etdiyi şəxsiyyət olub və bu gün də belədir. Ulu Öndər deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə müəllimə borcluyuq”.

 

Bu, müəllimə  verilən yüksək qiymətdir. Sovet dönəmində bu müqəddəs ad bir qədər azalsa da bu gün dövlət başçısı və cəmiyyət müəllimin müqəddəsliyini geri qaytarmışdır.

 

Müəllimin peşəkarlığı, cəmiyyət həyatında özünü adına layiq aparması bu sahədə həlledici amillərdir. Müəllimin peşəkarlığı, yeniliklə yaşamaq duyğusu bu sahədə xüsusi rol oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev yazır:

 

“Təhsilin keifiyyəti artmışdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, bunun əsas  səbəblərindən biri müəllimin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirsə  uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.

 

2015-2018-ci illərdə müəllimlərin diaqnostik qiymətləndirilmələri aparıldı. Bu qiymətləndirmənin nəticəsində peşəsinin ustadı olan müəllimlərin əmək haqqı iki dəfə artmışdır.Yeri gəlmişkən deyim ki, müəllim nüfuzunun daha da yüksəltmək üçün məktəb və universitetlər də ciddi fəaliyyət göstərməlidir və göstərir də. Müəllimin həm insani keyfiyyətləri,həm də peşə hazırlığı diqqət mərkəzindədir. İnanırıq ki, cəmi 44 gündə Azərbaycanın bütövlüyünə nail olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham  Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsili dünyanın qabaqcıl təhsil sistemləri ilə yanaşı addımlayacaqdır.

 

Aysel Xəlilova, 

filologiya üzrə fəlsəfə doktoru, dosent, 

UNEC Xarici dillər Departamentinin direktoru

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil