Modern.az

Sabunçuda tıxac var

Sabunçuda tıxac var

Aktual

30 Yanvar 2024, 10:50

Bakıda daha bir yolayrıcında yaranan avtomobil sıxlığının qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, bu məqsədlə mərkəzinin əməkdaşları Sabunçu rayonu, Şəhər şosesi ilə Mübariz İbrahimov küçəsinin kəsişməsindəki yolda müşahidə kameralarının imkanlarından istifadə etməklə təhlillər aparıblar.

 

Məlum olub ki, bu yolda daha çox axşam saatlarında sıxlıq yaranır. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə qeyd olunan kəsişmədə Zabrat qəsəbəsi istiqamətində svetoforun vaxt planı 10 saniyə artırılıb. Bununla da yolda yaranan sıxlıq aradan qalxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi