Modern.az

Əlillik təyinatı alan onkoloji xəstələrin SAYI

Əlillik təyinatı alan onkoloji xəstələrin SAYI

Aktual

30 Yanvar 2024, 11:38

"Ötən il 10 mindən çox şəxsə onkoloji xəstəlik səbəbindən əlillik təyinatı aparılıb".

 

Modern.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

O bildirib ki, ötən ildən həmin xəstələr sosial-psixoloji müayinələrə cəlb olunurlar:

 

"2023-cü ildə 185 onkoloji xəstə bu layihə çərçivəsində müayinə olunub".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi