Modern.az

ETSN yanında İctimai Şuraya sədr seçildi - FOTO

ETSN yanında İctimai Şuraya sədr seçildi - FOTO

30 Yanvar 2024, 13:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya sədr seçilib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov Şuranın sədri olub.

 

“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov İctimai Şuranın sədr müavini, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva isə Şuranın katibi seçilib.

 

Qeyd edək ki, ETSN yanında İctimai Şura  2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi