Modern.az

Məşhur meyxanaçı azadlığa çıxdı

Məşhur meyxanaçı azadlığa çıxdı

30 Yanvar 2024, 14:52

Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (Mahir ay Brat) cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilən şəxsin 3 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.

 

Hökmə əsasən "Mahir ay Brat"a şərti cəza verilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

 

Qeyd edək ki, meyxanaçı ötən ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

 

****

14:32

"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

 

Prokuror təqsirləndirilən Mahir Qonşuyevin 3 il azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, ittihama görə, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

 

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi