Modern.az

Qızılca xəstəsi ilə təmasda olan şəxs karantinə alınır?

Qızılca xəstəsi ilə təmasda olan şəxs karantinə alınır?

30 Yanvar 2024, 14:32

Əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınması qanunla nəzərdə tutulmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Qeyd edilib ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər.

 

"Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır.

 

Qeyd edək ki, xəstəlik vərəqi ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər", - deyə əlavə edilib. ("Report")

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi