Modern.az

Putinin əmlakı və gəliri haqqında rəsmi məlumat AÇIQLANDI

Putinin əmlakı və gəliri haqqında rəsmi məlumat AÇIQLANDI

30 Yanvar 2024, 17:56

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası (MSK) prezident vəzifəsinə namizəd, hazırkı dövlət başçısı Vladimir Putinin əmlakı və gəlirləri haqqında məlumat dərc edib.

Modern.az xəbər verir ki, MSK-nın məlumatın görə, Putinin 6 il ərzində ümumi gəliri 67 milyon 591 min 875 rubl təşkil edib.

Məlumatda həmçinin Putinə məxsus Sankt-Peterburqda mənzil (77 kvadratmetr) və qaraj (18 kvadratmetr), həmçinin üç avtomobil - 1960-cı ildə istehsal olunmuş QAZ M21, 1965-ci ildə istehsal olunmuş QAZ M21, 2009-cu ildə istehsal olunmuş “Niva”, habelə 1987-ci ildə istehsal edilmiş avtomobil qoşqusu "Skif"in adı qeyd edilib.

Putinin həmçinin 54 416 604,52 rubl dəyərində 10 bank hesabı və "PJSC Bank Sankt-Peterburq"da 230 səhmi var (bir səhmin nominal dəyəri 11,81 rubl).

Putini Moskvada mənzilə (153,7 kvadratmetr) və Sankt-Peterburqda müddətsiz istifadə üçün maşın dayanacağına (18 kvadratmetr) da sahibdir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi