Modern.az

Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı

Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı

Aktual

31 Yanvar 2024, 08:07

Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb.

 

Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X. Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi