Modern.az

Rusiyadakı prezident seçkilərində 5 namizəd olacaq

Rusiyadakı prezident seçkilərində 5 namizəd olacaq

Aktual

31 Yanvar 2024, 10:04

Çox güman ki, hazırda qeydə alınmış 4 namizəd Rusiyadakı prezident seçkilərində səsvermə gününə çatacaq və adları bülletenə düşəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiyadan olan siyasi ekspertlər “Ria Novosti”yə bildiriblər.

 

Bunlar özünün namizədliyini irəli sürmüş Vladimir Putin, həmçinin parlament partiyalarının namizədləri Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankovdur.

 

Lakin ekspertlər Rusiya kommunistlərinin lideri Sergey Malinkoviçin də bülletenə düşmək şansının olduğunu qeyd ediblər.

 

Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart.

 

Hazırda dövlət başçısı postu uğrunda 9 nəfər namizədliyini irəli sürüb. Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası prezidentliyə 4 namizədi - Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putini qeydə alıb.

 

Dünən iki nəfər - Rusiya Ümumxalq Birliyi partiyasının sədri Sergey Baburin və İrina Sviridova seçki yarışında iştirakdan imtina ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi