Modern.az

Simonyan çexiyalı həmkarı ilə Azərbaycandan danışdı

Simonyan çexiyalı həmkarı ilə Azərbaycandan danışdı

Aktual

31 Yanvar 2024, 13:40

Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda səfərdə olan Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə Cənubi Qafqazadakı vəziyyəti müzakirə edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Alen Simonyan görüşdə İrəvanla Bakı arasındakı münasibətlərin normallaşdırılması məsələsindən danışarkən qərəzli mövqe nümayiş etdirib və Azərbaycanı ittiham edib.

O bildirib ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda təklif olunan görüşlərdən dəfələrlə imtina edib.

“İrəvan ümid edir ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələləri ilə məşğul olan komissiyalar bu gün və gələcəkdə öz işlərində uğur qazana biləcəklər", - Simonyan deyib.

Qeyd edək ki, bu gün Ermənistan və Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların 6-cı iclası gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi