Modern.az

AZAL yeni təyyarələr alır

AZAL yeni təyyarələr alır

Aktual

31 Yanvar 2024, 14:52

Azərbaycanın milli aviadaşıyıcısı AZAL CO2 emissiyalarının azaldılması üçün üç yeni “Airbus A320neo” təyyarələrinin alınmasını planlaşdırır.

 

Bu barədə Modern.az-a Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib.

 

Qeyd edilib ki, AZAL dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri artıq reallaşdırıb.

 

Bu təşəbbüslərə donanmanın modernləşdirilməsi və CO2 emissiyalarının azaldılması üçün üç yeni “Airbus A320neo” təyyarələrinin alınması, müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək, o cümlədən ədalətli əmək təcrübələri, işçilərin inkişafı proqramları və digər tədbirlərin həyata keçirilməsi daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI