Modern.az

Baş prokurorun birinci müavini ATƏT-in seçki müşahidəçilərilə görüşüb

Baş prokurorun birinci müavini ATƏT-in seçki müşahidəçilərilə görüşüb

Aktual

31 Yanvar 2024, 15:04

Yanvarın 31-də Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Cari ilin fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Elçin Məmmədov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

 

Ouen Mörfi ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb. Missiya rəhbəri Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi