Modern.az

Bu stansiyalarda platformalar yenilənir - FOTO

Bu stansiyalarda platformalar yenilənir - FOTO

Aktual

31 Yanvar 2024, 17:14

Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında yeni alınan Stadler “FLIRT” qatarlarına dayanacaq verilməsi üçün platformalar müvafiq standartlara uyğun yenilənir.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-a verilən məlumata görə, bu məqsədlə ikimərtəbəli “KISS” markalı Stadler qatarlarının dayanması üçün uyğunlaşdırılmış hündür platformalarda həm də birmərtəbəli “FLIRT” markalı qatarların dayanması, sərnişinlərin rahat düşüb-minməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə daha aşağı hündürlüklü əlavə hissələr tikilir.

 

Məlumata görə, ərazidə aparılan tikinti işlərinin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün həmin platformalardan keçərkən qatarların hərəkət sürəti qismən endirilir.

 

13201501320151

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi