Modern.az

Seçkiləri izləmək üçün qeydiyyatdan keçən beynəlxalq jurnalistlərin SAYI

Seçkiləri izləmək üçün qeydiyyatdan keçən beynəlxalq jurnalistlərin SAYI

Aktual

31 Yanvar 2024, 17:50

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri prosesini izləmək üçün 80-dən çox beynəlxalq media nümayəndəsi qeydiyatdan keçib. Onlar 34 media qurumunu təmsil edirlər.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

 

"Biz həmişə çalışırıq ki, siyasi məqsəd güdən məqamları irəli çəkənləri başa salaq. Bunu siyasiləşdirməyə ehtiyac yoxdur. Azəbaycan xalqı öz rəhbərini seçir. Seçki prosesini pozmağa cəhd edənləri çəkib, sensasiya yaratmağa çalışmayın", - o vurğulayıb.

 

MSK sədri söyləyib ki, 7 fevral seçkiləri suveren və bütöv Azərbaycanın ilk seçkiləridir: "Hansı ki, ilk dəfə azad olunmuş ərazilərdə seçki keçiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi