Modern.az

Ötən gün təhvil və aşkar edilən silah-sursatın SAYI

Ötən gün təhvil və aşkar edilən silah-sursatın SAYI

Aktual

1 Fevral 2024, 09:54

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 7 müxtəlif markalı tüfəng, 8 patron darağı və 150 patron təhvil götürüblər.

 

Yanvarın 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 avtomat silahı, 1 tapança, 1 tüfəng, 11 patron darağı və 33 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi