Ermənistan Müdafiə Nazirliyinin döyüş mövqeyində ölmüş müddətli hərbi qulluqçusu sıravi M.Q.-nin işi üzrə ittiham aktı birinci instansiya məhkəməsinə göndərilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə 26 iyul 2023-cü il tarixində baş verib. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu M.Q.-nin başından ölümcül güllə yarası alması barədə rəsmi məlumat dərc olunub.
İstintaq komitəsində başlanmış cinayət işi üzrə sübuta yetirilib ki, hərbi qulluqçu A.H.-nın şəxsi məsələ ilə bağlı söhbəti zamanı M.Q.-ya ölümcül güllə yarası yetirib.
28 iyul 2023-cü il tarixdə prokuror tərəfindən A.H.-ya qarşı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanmış, 29 iyul 2023-cü il tarixdə isə hərbi qulluqçu, yüksək rütbəli zabit tərəfindən Aıb.
Məhkəmənin qərarı ilə A.H barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.