Modern.az

Şəhid hərbçimizin övladı dünyaya gəldi - FOTO

Şəhid hərbçimizin övladı dünyaya gəldi - FOTO

Aktual

1 Fevral 2024, 15:04

Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanovun övladı dünyaya gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

 

Bildirilib ki, Bakıda doğulan körpəyə Humay adı verilib.

 

Humayın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.


Qeyd edək ki, X.Zamanov 2023-cü il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olub.

 

1320375

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi