Modern.az

Veb-kamera quraşdırılan seçki-məntəqələrinin siyahısı dərc olunacaq

Veb-kamera quraşdırılan seçki-məntəqələrinin siyahısı dərc olunacaq

1 Fevral 2024, 16:38

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında növbədənkənar prezident seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

 

Rövzət Qasımov deyib ki, 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə seçki məntəqəsi açıldıqdan sonra səsvermə prosesini istənilən şəxs izləyə biləcək.

 

MSK veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısını dərc edilməsi barədə qərar verib. Həmin seçki-məntəqələrinin siyahısı MSK-nın saytında yerləşdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu