Modern.az

Zelenski Tokayevlə sülhdən danışdı

Zelenski Tokayevlə sülhdən danışdı

Aktual

2 Fevral 2024, 17:10

Ukrayna Prezidenti Volodimir Zelenski qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski “X”də yazıb.

 

Zelenski həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib.

 

“Biz həmçinin ikitərəfli ticarəti və siyasi dialoqu inkişaf etdirmək yollarını müzakirə etdik”, - Zelenski yazıb.

 

O, həmçinin Ukraynaya göstərilən dəstəyə görə Tokayevə təşəkkür edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi