Modern.az

Kəlbəcərlilər Azərbaycana Zəfərlər yaşadan Liderə səs verəcəklər

Kəlbəcərlilər Azərbaycana Zəfərlər yaşadan Liderə səs verəcəklər

Aktual

2 Fevral 2024, 11:18

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonun Yenikən kəndində və Qəbələ rayonunun Zarağan qəsəbəsində Kəlbəcərli seçicilərlə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Kəlbəcər rayon seçki qərərgahının üzvü, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdri, Təhsil üzrə Ərazi  Partiya təşkilatının sədri Namiq Rəcəbov, təşviqat qrupunun üzvlərindən Kəlbəcər rayon 31 saylı orta məktəbin direktoru, YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatının sədri Kamil İsmayılov, Adil Alpanayev, Qarabağ müharibəsi Veteranı Elxan Əliyev və digərləri çıxış ediblər.

 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

 

Çıxışçılar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla və qələbələrlə həyata keçirilən çoxşaxəli siyasətdən ətraflı bəhs etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, ev-eşiklərindən didərgin düşmüş sakinlərimizin doğma yurdlarına qayıdışı ölkəmizin tarixinə qızıl hərflərlə həkk olunub. Diqqətə çatdırıldı ki, bu seçkilər Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçiriləcək. İndi Cənab Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanın yeni dövrü başlayacaqdır.

 

Görüşdə çıxış edən seçicilər 7 fevralda İlham Əliyevə səs verəcəklərini bildirdilər.

 

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.

Qalib xalqın seçimi!


#Prezidentseçkiləri #Seçki2024 #QalibXalqınQalibLideri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi