Modern.az

AZAL-dan Naxçıvana getmək istəyənlərə TÖVSİYƏ

AZAL-dan Naxçıvana getmək istəyənlərə TÖVSİYƏ

2 Fevral 2024, 17:50

Bakı və Naxçıvan arasında aviadaşımalara olan tələbatın gözlənilən artımını nəzərə alaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti bu istiqamətdə səfər etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi məsləhət görür.

 

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

 

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

 

Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla bu linkə keçid alaraq tanış ola bilərsiniz: //youtu.be/9PiPTkNkBSU.

 

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI