Modern.az

Möhtəşəm dörddə bir əsr

Möhtəşəm dörddə bir əsr

Aktual

3 Fevral 2024, 13:00

XXİ ci əsrin 25-ci  ilini yaşayan müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsidir. Öz ərazi müstəqilliyini Vətənin Zəfər  Savaşı ilə bərpa etmiş xalqımız sosial-iqtisadi sahədə də böyük uğürlu islahatlara imza ata bilmişdir. Heç şübhəsiz bu nəhəng uğurların banisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.

XXİ ci əsrin modern iqtisadiyyat prinsipləri əsasında təkmilləşən ölkə iqtisadiyyatı  məhz,  2003–2023-ci illərdə iri addımlarla irəliləmişdir. Belə ki, Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara , dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata,  strateji valyuta ehtiyatları  1,4 milyard dollardan 2023-cü ildə 66,1 milyard dollara qədər artmışdır. 2003–2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 2022-ci ildə yoxsulluq səviyyəsi 2003-cü illədəki 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib.

Aparılan iqtisadi siyasət nəticəsində sabit və dayanıqlı  inkişaf təmin olunub. Bu dövr ərzində iqtisadiyyata yönəldilən investisiyaların  ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onun 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Geniş miqyaslı innovativ layihələr nəticəsində son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafını reallaşdırmaq, sahibkarlığı dəstəkləmək və istehsal sahələrində məşğulluğu artırmaq məqsədilə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və məhəllələri yaradılıb.  Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı üzrə 51 aqropark yaradılıb.

Prezident İlham Əliyev ötən bu möhtəşəm dörddə bir əsr ərzində   Ulu öndərin  azərbaycançılıq ideologiyasını daha da inkişaf etdirib, dünya azərbaycanlılarının vahid ideya ətrafında daha sıx birliyini gerçəkləşdirib.  Məhz 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi,  qətiyyəti və prinsipiallığı nəticəsində əldə olunan və böyük bir  tarixi ədaləti bərpa edən bir qələbə idi.

Millətimizin bu tarixi qələbəsində milli birlik, tarixi, mənəvi-əxlaqi ədalət hissi, rəhbərə olan sonsuz inam, rəhbərinin milli sədaqəti, milli ordunun hərbi qüdrəti, şəhidlik zirvəsi, dost və qardaş dəstəyi- bir ruhi cövhər kimi qaynaqlanmış oldu.. Kürəsal miqyasda tarixi ədaləti təmin etmək iqtidarında olan bir millət, eyni zamanda bu işi, ölkə daxilində də onun bütün sferalarında – dövlət quruculuğunda, kadr və məmur keyfiyyətində, iqtisadiyyatda, təhsil və səhiyyə sistemində, ictimai həyatda - əmək kollektivlərində, konkret fərdlər arasındakı münasibətlərdə - bir toplum olaraq təmin edə biləcəkdir. Bu baxımdan, şanlı zəfər tarixi yazan Ali Baş Komandanımızın bilavasitə  prinsipial idarəçiliyi və rəhbərliyi altında hərbi quruculuq işinin düzgün formalaşdırılmsı nəticəsində əldə olunan bu Qələbə, Azərbaycan dövlətinin və millətinin digər xarici və daxili fəaliyyət sahələrində də əldə edəcəyi möhtəşəm uğurların yeni möhtəşəm bir başlanğıcına cevrilmiş oldu.


Azərbaycan Dövlət İqtisad Universitetinin
“Maliyyə və audit” kafedrasının professoru,
iqtisad elmləri doktoru Nizami Xudiyev
                                             

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI