Modern.az

ABŞ-ın İraqa hücumu 16 nəfərin ölümünə səbəb olub

ABŞ-ın İraqa hücumu 16 nəfərin ölümünə səbəb olub

3 Fevral 2024, 16:19

ABŞ-ın İraqa endirdiyi hava zərbələri nəticəsində mülki şəxslər də daxil olmaqla azı 16 nəfər ölüb, 25 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb.

Məlumata görə, Suriya ilə sərhədə yaxın olan Akaşat bölgəsi və Əl-Qaim qəsəbəsi, o cümlədən mülki yaşayış yerlərinə yaxın ərazilərdəki İraq təhlükəsizlik qüvvələri hədəfə alınıb.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi ABŞ-ın İraq hökumətinə zərbələr endirməzdən əvvəl planları barədə məlumat verildiyini deyib.

Lakin İraq hökuməti bu iddianı rədd edərək, ABŞ-ın “beynəlxalq ictimai rəyi çaşdırdığını” deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI