Modern.az

İlk dəfə səsvermə hüququndan istifadə etdi

İlk dəfə səsvermə hüququndan istifadə etdi

Aktual

7 Fevral 2024, 08:33

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

 

Modern.az-ın əməkdaşı 7 saylı seçki dairəsinin 10 saylı seçki məntəqəsində olub.

 

Səhər saatları olmasına baxmayaraq, məntəqədə aktivlik müşahidə olunur.

 

10 saylı seçki məntəqəsinin sədri saytımıza bildirib ki, seçki məntəqəsində 1122 nəfər seçici qeydiyyatdadır:

 

"Səhər erkən olmasına baxmayaraq, aktivlik var. Ümid edirik ki, qeydiyyatda olanlar hamılıqla iştirak edəcək".

 

Sözügedən məntəqədə 19 yaşlı Məhəmmədəli Bağırzadə ilk dəfə səsvermə hüququndan istifadə edib.

 

Azərbaycan Texniki Universitetinin tələbəsi səsvermə hüququndan istifadənin həyacanverici olduğunu, məntəqədə atmosferin yaxşı olduğunu söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI