Modern.az

Pakistandakı səfirliyimizdə səsvermə - İLK DƏFƏ

Pakistandakı səfirliyimizdə səsvermə - İLK DƏFƏ

Aktual

7 Fevral 2024, 13:10

Fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində də səsvermə keçirilir.

 

Modern.az xəbər verir ki, səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının Seçki Məcəlləsinə uyğun olaraq səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb.

 

Səfirlikdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.

 

Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfirliyində ilk dəfədir seçki məntəqəsi yaradılıb və səsvermə keçirilir.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI