Modern.az

İnternetlə əlaqədar heç bir çətinlik yoxdur - Nazirlik

İnternetlə əlaqədar heç bir çətinlik yoxdur - Nazirlik

7 Fevral 2024, 16:28

Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) açıqlamasında bildirilir.

 

Məlumata görə, nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

 

Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinliklər müşahidə olunmur.

 

Bu gün nazirliyin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu