Modern.az

Seçkidə pozuntu aşkar edilməyib - Baş katib

Seçkidə pozuntu aşkar edilməyib - Baş katib

Aktual

7 Fevral 2024, 21:06

Səsvermə zamanı heç bir qayda pozuntusu aşkar edilməyib.

 

Modern.az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 7-də keçirdiyi mətbuat konfransında çıxış edən qurumun Baş katibi Asəf Hacıyev deyib.

 

O, bu seçkilərdə qalib gələn namizədin adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıracağını bildirib.

 

“Missiyamız ərzində müşahidə etdik ki, seçkilər şəffaf keçirilir və vətəndaş fəallığı yüksəkdir. Əhalinin 80 faizdən çoxu səsvermədə iştirak edib”, - deyə Asəf Hacıyev vurğulayıb.

 

Azərbaycan xalqını seçkilərlə bağlı təbrik edən nümayəndələr səsvermə prosesinin gedişindən çox razı qaldıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı