Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərində qələbə qazanan İlham Əliyevi təbrik edib.
Modern.az-ın məlumatına görə, Belarus Prezidentinin mətbuat xidmətinə yaxın teleqram kanalı onların İlham Əliyevə zəng etdikləri anın görüntülərini yayıb.
Qeyd edək ki, Lukaşenko Özbəkistanda səfərdədir.
Sözügedən fotoları təqdim edirik: