Modern.az

Səs vermək üçün növbə gözləyən insanların üzlərində təbəssüm var idi

Səs vermək üçün növbə gözləyən insanların üzlərində təbəssüm var idi

Aktual

8 Fevral 2024, 10:58

Fevralın 8-də Rusiya parlamentinin müşahidə missiyası fevralın növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Qriqoriy Karasin seçkilərin təşkilinin açıq formatda və məqbul səviyyədə olduğunu qeyd edib.

 

O, Bakıda 9-a yaxın seçki məntəqəsini ziyarət etdiyini bildirib.

 

“İnsanlar səs vermək üçün öz növbəsini gözləyirdilər və onların üzlərində təbəssüm var idi. Bu da çox vacib məqam idi. Mən yaxşı mənada təəccübləndim ki, seçki prosesi geniş zalları olan binalarda keçirilirdi. Seçkilər məhz məsuliyyətli şəkildə və səlahiyyətli çərçivədə təşkil olunmuşdu. Bütün beynəlxalq müşahidəçilərə müşahidə üçün yaxşı şərait yaradılmışdı”, - deyə Q.Karasin deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu