Ermənistanın Əməkdar mədəniyyət xadimi, “Karin” ansalmblının rəhbəri Qaqik Qinosyanın “Yerablur” hərbi panteonunda dəfn olunmasına icazə verilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi mətbuat katibi Aram Torosyan bildirib.
“Müdafiə Nazirliyi Qaqik Qinosyanın hərbi yolunu nəzərə alaraq Yerablur hərbi panteonunda dəfn edilməsi ilə bağlı vəsatəti təmin edib”.
Q.Qinosyan I Qarabağ müharibəsi zamanı erməni separatçılarının sıralarında Azərbaycan torpaqlarında döyüşüb.
Q.Qinosyan separatizmini dəstəkləyən erməni ziyalılarından biri idi.
O, fevralın 6-da infarktdan ölüb.
Q.Qinosyan I Qarabağ müharibəsi zamanı Xocavənd, Əsgəran, Martuni, Laçın və Kəlbəcərin işğalında iştirak edib.