Modern.az

TDT Şuşa, Xocalı və Xankəndidə apardığı müşahidənin nəticələrini AÇIQLADI

TDT Şuşa, Xocalı və Xankəndidə apardığı müşahidənin nəticələrini AÇIQLADI

Aktual

8 Fevral 2024, 14:48

Seçki günü hansısa siyasi qüvvə tərəfindən seçicilərə heç bir təzyiq, müdaxilə edilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında bildirib.

 

O bildirib ki, missiya seçki günü Bakıda, Şuşada, Xankəndidə və Xocalıda monitorinqlər aparıb:

 

“Missiyamız 22 məntəqəyə baş çəkib. Seçki prosesi zamanı missiyamız heç bir qanunsuzluq, narazılıq müşahidə etməyib. Hər şey qanunauyğun idi. Seçicilərin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Müşahidə missiyamız seçkiyə təsir edə biləcək hər hansı bir mənfi halla qarşılaşmayıb. Seçki məntəqələrində beynəlxalq və yerli müşahidəçilər üçün əlçatanlıq təmin olunmuşdu.

 

Onun sözlərinə görə, təşkilat növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyasını beynəlxalq standartlara və qanunlara uyğun şəkildə uğurla başa vurub: "TDT müşahidəçiləri seçkilərdən öncə Prezident İlham Əliyev və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər keçirib: Seçki günü isə müşahidəçi missiyamız üç qrupa bölünüb. Bakı, Şuşa, Xocalı və Xankəndidə səsvermə prosesi müşahidə olunub. Məntəqələrdən müşahidəçilərə bütün məlumatlar tam şəkildə verilib. Hansısa qanun pozuntularına şahidlik etməmişik. Proses zamanı ictimai asayiş tam təmin olunub. Səsvermə məntəqələrində tamamilə azad şəkildə proses reallaşdırılıb".

 

K.Ömüralıyev deyib ki, missiya müşahidə zamanı əlilliyi olan vətəndaşların səsvermə prosesində hüuqlarının təmin olunduğuna şahid olub: "Biz seçicilərin bütün lazımi avadanlıqlarla təmin olunduğunu gördük. Bundan əlavə, seçici aktivliyi yüksək səviyyədə idi".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu