Modern.az

Mark Şnayer İlham Əliyevi təbrik etdi

Mark Şnayer İlham Əliyevi təbrik etdi

9 Fevral 2024, 09:46

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer dövlətimizin başçısı İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Mark Şnayerin sosial şəbəkə hesablarında bununla bağlı etdiyi paylaşımda deyilir:

 

“Zati-aliləri Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edirəm. Mən Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun, həmçinin dünyada birgəyaşayışın dayaq məkanına çevrilməsində müstəsna liderliyinə, İsrail Dövlətinə və Yəhudi xalqına göstərdiyi nümunəvi dəstəyə görə əziz dostuma heyranam”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı