Modern.az

Mahmud Abbas İlham Əliyevi təbrik etdi

Mahmud Abbas İlham Əliyevi təbrik etdi

Aktual

9 Fevral 2024, 14:14

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

Hörmətli cənab Prezident.

 

Növbəti müddətə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə həvalə olunmuş ali vəzifənizin icrasında, ölkənizi və xalqınızı məqsəd və arzularına doğru aparmağınızda davamlı müvəffəqiyyətlər arzulayıram.

 

Bu xoş fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizdən qürur duyduğumu, ölkələrimizin və xalqlarımızın rifahı naminə onu gücləndirmək və inkişaf etdirmək üçün birgə işimizi davam etdirmək niyyətində olduğumu və Fələstinin haqq işi ilə bağlı mövqeyinizə görə minnətdarlığımı bildirirəm.

 

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizin və xalqınızın tərəqqisi və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu