Modern.az

Mənzillərin ən çox girov qoyulduğu ərazilər

Mənzillərin ən çox girov qoyulduğu ərazilər

Aktual

9 Fevral 2024, 16:04

2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər açıqlanıb.

 

Modern.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ötən il ən çox girov qoyulan ərazilər Bakı, Abşeron və Sumqayıt olub.

 

Bildirilib ki, Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü il ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu