Modern.az

Zaxarova Azərbaycandakı seçkilərlə bağlı ATƏT-ə CAVAB VERDİ

Zaxarova Azərbaycandakı seçkilərlə bağlı ATƏT-ə CAVAB VERDİ

Aktual

9 Fevral 2024, 17:08

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını tənqid edib.

 

Modern.az xəbər verir ki, diplomat təşkilat nümayəndələrini siyasi qərəzli və əvvəlcədən hazırlanmış yazılı hesabata əməl etdiklərini açıqlayıb.

 

"Mənim ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna sualım var. Dövlət üçün kritik məqamda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşitdilərmi? Deyəsən, heç nə eşitməyiblər. Əgər onlar heç nə eşitməyiblərsə, deməli, seçkiləri necə izləmək barədə heç bir təsəvvürləri yoxdur", - Zaxarova bildirib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu