Modern.az

DİN-dən vətəndaşlara xəbərdarlıq - Bu vədlər yalandır

DİN-dən vətəndaşlara xəbərdarlıq - Bu vədlər yalandır

Aktual

10 Fevral 2024, 23:35

Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

 

“Təhlükəsiz kiber gələcəyin təminatı maariflənmədən keçir. Qazandıran vədlər yalandır, saxtadır. Beh verdiyiniz məhsullara görə kiber məkanda ödənişlər geri qaytarılmır. “Qaytarıram”, -deyirsə kartda olan əlavə vəsaitlər də talamaya məruz qalır. Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”, - DİN rəsmisi qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu