Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı arvadı Ani Gevorqyan azadlığa buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Ani Qevorqyan və işlə saxlanılan Lili Mkryan girov müqabilində zaminə buraxılıblar.
Təqsirləndirilən şəxslərin cinayət prosesi üçün mühüm əhəmiyyət kəsb edən hallarla bağlı ifadə verdikləri, onların iştirakı ilə üzləşdirmənin aparıldığı nəzərə alıb.
Xatırladaq ki, Ani Gevorqyan fevralın 1-də saxlanılmışdı. Onun saxlanılmasına səbəb İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində “Synergy” şirkətinin əməkdaşı kimi iştirak etməsi idi.