Modern.az

Ermənistan Təbrizdə Konsulluq açmaq üçün işi sürətləndirib

Ermənistan Təbrizdə Konsulluq açmaq üçün işi sürətləndirib

Aktual

12 Fevral 2024, 12:38

Ermənistan-İran münasibətləri sürətlə inkişaf edir.
 

Modern.az xəbər verir ki, bunu Qafan şəhərində keçirilən təntənəli tədbirdə Ermənistanın Sünik vilayətinin (Qərbi Zəngəzur) qubernatorunun müavini Hayk Arutyunyan deyib.


Ermənistan KİV-nin məlumatına görə, Arutyunyan həmçinin vurğulayıb ki, bunlar əsrlərə gedib çıxan, indiki dövrdə formalaşan və inamlı addımlarla yeni üfüqləri fəth edən münasibətlərdir.

“Ölkələrimiz arasında münasibətlərdə Sünik bölgəsinin, xüsusilə də İranın Baş Konsulluğunun 2022-ci ildən fəaliyyət göstərdiyi Qafan şəhərinin müstəsna rol oynaması diqqətəlayiqdir. Əminəm ki, Ermənistan Respublikasının Təbrizdəki Baş Konsulluğu da əlaqələrin inkişafında mühüm rol oynayacaq. Ermənistan və İran arasında Təbrizdəki Baş Konsulluğumuzun açılışı üçün fəal iş gedir”, - deyə Hayk Arutyunyan qeyd edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu