Modern.az

Zəngəzur Milli Parkında təlim keçiriləcək

Zəngəzur Milli Parkında təlim keçiriləcək

Aktual

12 Fevral 2024, 14:12

Fevralın 13-14-də Şahbuz rayonu Zəngəzur Milli Parkının ərazisində “Qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin aparılması, hərəkət marşrutlarında uçmuş, dağılmış yollardan keçidlərin açılması, idarəetmənin və qarşılıqlı əlaqənin təşkili” mövzusunda təlim keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

 

Təlimə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı texnikaların və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu