Modern.az

TDT-nin Baş katibi İlham Əliyevi təbrik etdi

TDT-nin Baş katibi İlham Əliyevi təbrik etdi

Aktual

12 Fevral 2024, 16:12

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az-ın xəbərinə görə, məktubda deyilir:

 

"Möhtərəm cənab Prezident.

 

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

 

Seçkilərdəki qələbəniz Azərbaycanın daxili və xarici siyasətində müstəsna dərəcədə uğurlu fəaliyyətinizin bariz göstəricisidir. Həyata keçirdiyiniz müstəqil və qətiyyətli siyasət sayəsində Azərbaycan dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş, regionda aparıcı dövlətlərdən birinə çevrilmişdir.

 

Seçkilərdən sonra Sizinlə görüşümü məmnuniyyətlə xatırlayıram. Sizin Türk dünyasına verdiyiniz xüsusi önəm, Türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olması Türk birliyi və həmrəyliyinin, habelə Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə mühüm töhfədir.

 

Sizə möhkəm cansağlığı arzu edir, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi