Modern.az

Maşınını əksinə sürən şəxs saxlanıldı

Maşınını əksinə sürən şəxs saxlanıldı

Aktual

12 Fevral 2024, 16:16

Ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda “VAZ 2121” markalı, 27-BU-310 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən şəxslə bağlı yayılan videogörüntü Baş DYP İdarəsi tərəfindən araşdırılıb.

 

Baş Dövlət Yol Polis İdarəsindən Modern.az-a verilən xəbərə görə, müəyyən edilib ki, özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs Xaçmaz rayon sakini Cavad Fərhadovdur. Etibarnamə olmadan idarə etdiyi avtomobillə nəqliyyat axınına qarşı yüksək sürətlə hərəkət edən Cavad Fərhadov baş verə biləcək ağır faciənin məsuliyyətini dərk etmədən törətdiyi əməli tələsməyi ilə əlaqələndirib. Kobud qayda pozuntularına yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

Baş DYP İdarəsi xoşbəxt təsadüf nəticəsində bədbəxt sonluqla bitməyən belə təhlükəli qayda pozuntularının yolverilməz olduğunu bir daha sürücülərin diqqətinə çatdırır, məsuliyyətsiz qərarların sonradan bərpası mümkün olmayan itkilərə yol açdığını unutmamağa çağırır!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi