Modern.az

Ucarın qazı kəsiləcək

Ucarın qazı kəsiləcək

Aktual

12 Fevral 2024, 16:40

“Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan müxtəlif diametrli qaz xətlərində, diametri 530 mm-lik kollektorda “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə təmir işləri ilə bağlı 13.02.2024-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Qeyd olunur ki, təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi