Modern.az

Sürət həddi bərpa edildi - YENİLƏNİB

Sürət həddi bərpa edildi - YENİLƏNİB

Aktual

12 Fevral 2024, 21:28

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

 

Eyni zamanda bütün məlumat sürət tablolarından “Dumanlı hava” işarəsi də götürülüb.

 

***

18:53

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, eyni zamanda, bütün məlumat sürət tablolarında "Dumanlı hava" işarəsi qoyulub.

 

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi