Modern.az

Seçicilərin 92 faizi tərəqqi və rifaha səs verdi - Liberman

Seçicilərin 92 faizi tərəqqi və rifaha səs verdi - Liberman

12 Fevral 2024, 19:25

İsrail Knessetinin deputatı, “İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

“Möhtərəm cənab İlham Əliyev.

 

Azərbaycan Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

 

Seçicilərin 92 faizindən çoxu Sizin ölkəyə rəhbərliyi davam etdirməyinizə, onu tərəqqi və rifah yolu ilə irəliyə aparmağınıza səs verdi.

 

Seçkilərin rekord nəticəsi həm də Sizin Azərbaycan Respublikası Prezidenti vəzifəsində iyirmi illik fəaliyyətinizin yekunu və yeni dövrün başlanğıcıdır. Çünki seçkilər ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən Qarabağda keçirildi.

 

Seçkilərin nəticələri təkcə Azərbaycan xalqının Zati-alinizə Prezident kimi münasibətini deyil, həm də Sizə sevdikləri, fəxr etdikləri və heyran olduqları şəxsiyyət kimi münasibətini əks etdirir.

 

Fürsətdən istifadə edərək “İsrail Bizim Evimizdir” partiyasının rəhbəri kimi ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına verdiyiniz mühüm töhfəyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

 

Qarşıda bizim xeyli işlərimiz var və mən Sizə gözəl ölkəniz naminə səmimi-qəlbdən uğurlar arzulayıram.

 

Azərbaycan Respublikasına sülh və tərəqqi diləyirəm!”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Əsir hərbçimizlə bağlı şok məlumat: Həbs olunur?