Modern.az

Ciorcia Meloni də İlham Əliyevi təbrik etdi 

Ciorcia Meloni də İlham Əliyevi təbrik etdi 

12 Fevral 2024, 22:43

İtaliya Respublikası Nazirlər Şurasının Sədri xanım Ciorcia Meloni Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"İtaliya Hökuməti adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik etmək və yeni mandatınız üçün Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

 

İtaliya ilə Azərbaycan arasında əlaqələr əladır və həqiqətən strateji və çoxölçülü tərəfdaşlığın yaradılması ilə yüksək əməkdaşlıq səviyyəsinə çatmışdır. Bizim niyyətimiz bu yolu davam etdirməkdir və əminəm ki, biz birlikdə enerji sektorundan başlayaraq bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyik.

 

İnanıram ki, biz bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərini təşviq etmək üçün də səylərimizi birləşdirə biləcəyik.

 

Əminəm ki, xalqlarımızı bir-biri ilə bağlayan səmimi dostluq sayəsində də əlaqələrimiz hər sahədə inkişaf etməkdə davam edəcəkdir.

 

Sizə bir daha səmimi təbriklərimi çatdıraraq, ən xoş salamlarımı göndərirəm"

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada