Modern.az

İtkin düşən məktəbli qızlar tapıldı - YENİLƏNİB

İtkin düşən məktəbli qızlar tapıldı - YENİLƏNİB

Aktual

13 Fevral 2024, 10:44

Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib.

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.

***

Abşeronda iki məktəbli qız itkin düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.

 

Bildirilib ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri, Məmmədli Saray və Muradzadə Aydan saat 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.

 

Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi