Modern.az

Alimlər “cavanlıq iynəsi” kəşf etdilər

Alimlər “cavanlıq iynəsi” kəşf etdilər

Aktual

13 Fevral 2024, 07:46

Xüsusi ximer antigen reseptorlarının (CAR) T-hüceyrələri vasitəsilə terapiya siçanlarda hüceyrəvi yaşlanma prosesini qismən gerilədə bilər.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, bu qənaətə Kold-Sprinq-Harbor laboratoriyasının (ABŞ-da özəl qeyri-kommersiya təşkilatı) alimləri gəliblər. Tədqiqatın nəticələri “Nature Aging” jurnalında dərc olunub.

 

Bundan əvvəlki sınaqlar göstərib ki, yaşlanmanın səbəblərindən biri orqanizmdə qocalma hüceyrələrinin və ya “zombi hüceyrələr”in toplanmasıdır. Onlar daha parçalanmasalar da, toxumalarda qalır, metabolik problemlərin inkişafına və fiziki hazırlığın azalmasına səbəb olurlar.

 

Amerika alimləri tərəfindən siçanlar üzərində aparılan tədqiqatlarda bəlli olub ki, ximer antigen reseptorlarının T-hüceyrələrinin birdəfəlik inyeksiyası hüceyrə qocalmasının əlamətlərini ləngidə bilər.

 

Qeyd olunur ki, CAR T-hüceyrələrindən artıq qan xərçənginin (limfama, leykemiya) müalicəsində istifadə edilir. Alimlər öz tədqiqatlarında yaşlı siçanların orqanizmində bu hüceyrələri “zombi hüceyrələr”in məhv edilməsi üçün proqramlaşdırıblar. Bu müalicə üsulu gəmiricilərdə metabolizmin və qanda şəkərin miqdarının normallaşdırılmasına kömək olub. Həmçinin siçanlarda fiziki fəaliyyət qabiliyyəti yaxşılaşıb və hüceyrə səviyyəsində yaşlanmanın sürəti azalıb. İynənin müsbət təsiri bir ildən artıq davam edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi