Modern.az

Gürcüstanın yeni müdafiə naziri həm də baş nazirin müavini oldu

Gürcüstanın yeni müdafiə naziri həm də baş nazirin müavini oldu

Aktual

13 Fevral 2024, 09:16

Gürcüstanın yeni müdafiə naziri İrakli Çikovani respublika baş nazirinin müavini təyin edilib.

Modern.az-ın məlumatına görə, bu barədə baş nazir İrakli Kobaxidze Nazirlər Kabinetinin iclasında bildirib.
 

“Prinsipcə, baş nazirin birinci müavininin səlahiyyətlərinin iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşviliyə veriləcəyi artıq məlumdur, ona uğurlar arzulayıram. Gürcüstanın baş nazirinin müavini vəzifəsi Gürcüstanın mədəniyyət və idman naziri Teya Tsulukianiyə həvalə olunacaq. Həmçinin baş nazirin müavininin səlahiyyətləri müdafiə naziri İrakli Çikovaniyə veriləcək”, - Kobaxidze bildirib.
 

Baş nazirin sözlərinə görə, Mixail Peikrişvili hökumət aparatının strateji kommunikasiyalar şöbəsinə nəzarət edəcək. O, Nino Jorqobianini əvəz edəcək.
 

Fevralın 8-də Gürcüstan parlamenti səs çoxluğu ilə Kobaxidzenin rəhbərlik etdiyi hökumətin tərkibini təsdiqləyib. Yeni tərkibdə yalnız bir dəyişiklik olub: müdafiə naziri olaraq Juanşer Burçuladzeni parlamentin vitse-spikeri olan Çikovani əvəz edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi